Mişel Obama haqqında bilmədiklərimiz - 10 gerçək

24 Sentyabr 2012 09:07 (UTC+04:00)


ABŞ-ın birinci xanımı Mişel Obama ailəsi barədə 10 özəl xəbəri jurnalistlərlə bölüşüb. Barak Obamanın prezident seçilməsi üçün çalışan Mişel həyatlarındakı ən maraqlı hadisələrdən danışıb.

Mişel Obama və ailəsi haqqında bilinməyən 10 məlumatı sizə təqdim edirik.

1. Ən sevdiyim serial "Modern Family"-dir. Bu aralar başım qarışıqdır. Seçkilərdən sonra baxmağa davam edəcəm

2. Həyat yoldaşımın ailəsini çox sevdiyini bilirəm. Barak bunu hər gün təkrarlayır. Biz onun böyük qulaqlarına güldüyümüz zaman isə bizə hirslənmir.

3. Məndən iki yaş böyük olan qardaşımla məni həmişə əkiz biliblər.

4. Barak iş səbəbi ilə xaricə gedəndə itimiz Bo ilə yatıram

5. iPodum olmasa heç yerə getmirəm.

6. Balaca vaxtı ən sevdiyim oyuncağım Barbi gəlincikləri idi.

7. Hər gün 18:30-da axşam yeməyini yeyirik. Sonda isə tanrıya uzun və sağlam yaşamağımız üçün dua edirik.

8. Vicdan əzabı çəkdiyim ən böyük günahım kartof qızartmasına yox deyə bilməməyimdir.

9. Ağ evdə iclas zamanı ilk işim ayaqqabılarımı çıxarmağımdır. Kim gün boyu ayaqqabı ilə gəzmək istəyərki?

10. Barak ilə toy mahnımız Nat King Coleun oxuduğu "Unforgettable" mahnısıdır

Səadət Abbaslı
AzNews.az