“Aqrolizinq“ə 18 milyon ayrıldı

20 Noyabr 2014 19:04 (UTC+04:00)


Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzNews.az