İŞİD Aralıq dənizinə çatdı: edamlar başladı

20 Noyabr 2014 22:21 (UTC+04:00)
Axar.az xəbər verir ki, bununla da Aralıq dənizi sahilinə yol tapan terror təşkilatı dünya tarixində bir ilkə imza atıb.

Aralıq dənizi sahilində əhəmiyyətli bir mərkəzə sahib olan terrorçular Liviyanın digər şəhər və qəsəbələrinə hücum etməyi planlaşdırır.

CNN İnternəşnl-ın məlumatına görə, İŞİD qüvvələri şəhəri tutar-tutmaz kütləvi edamlara başlayıb. Şəhər mərkəzində yerləşən futbol meydançası əsas edam mərkəzinə çevrilib.

Liviya rəsmilər terrorçuların ölkədə yaşanan qarışıqlıqdan istifadə edərək hücumu reallaşdırdığını deyib. Terrorçulara qarşı hansı tədbir görüləcəyi barədə məlumat verilmir.

Xatırladaq ki, Dərna Liviyanın şimal-şərqində yerləşən liman şəhəridir.