Ermənilər “Dağlıq Qarabağ”dan imtina etdi

21 Noyabr 2014 13:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu "İrs" partiyasının sədri Raffi Ovannisyan bildirib.
Onun sözlərinə görə, Ermənistanda bunun üçün hüquqi baza yoxdur.

"Şəxsən mən və partiyamız "Dağlıq Qarabağ"ın tanınması məsələsini heç vaxt qaldırmayacağıq. Heç Qarabağın özü də bu prosesə hazır vəziyyətdə deyil", - deyə partiya lideri vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentində "İrs" partiyasının "Dağlıq Qarabağ"ın tanınması üçün dəfələrlə qaldırdığı təklif siyasətçilər tərəfindən qınanıb və bildirilib ki, bu, sülh danışıqlarına mənfi təsir göstərə bilər.