Qatar avtomobillə toqquşdu- Xəsarət alanlar var

21 Noyabr 2014 19:24 (UTC+04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yük qatarı ilə 90 EZ 821 dövlət nömrə nişanlı "Volkswagen" markalı minik maşını toqquşub.

Qəza qorunmayan Məşədi Həsən dəmiryol keçidində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.