Putindən miqrant xəbərdarlığı- VİDEO

21 Noyabr 2014 19:48 (UTC+04:00)


ANS TV-nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiyada miqrantların yaşayış qaydaları üzərində nəzarəti gücləndirmək lazımdır.

Rusiyada 3 milyona yaxın qanunsuz miqrant fəaliyyət göstərir.

"Qanunsuz və nəzarət olunmayan miqrasiya cinayətkarlıq üçün münbit şərait yaradır. Millətlərarası gərginliyin qarşısının alınması üçün miqrantların Rusiyada yaşayış qaydalarının icrası üzərində nəzarətin gücləndirilməsi lazımdır. Əməldə isə onların sosial və mədəni uyğunlaşmasına, əmək və digər hüquqlarının müdafiə olunmasına çalışmaq lazımdır", deyə Putin bildirib.

Rusiya Federal Miqrasiya Xidmətinini məlumatına görə, hazırda ölkə ərazisində üç milyona yaxın qanunsuz miqrant fəaliyyət göstərir.