Biləcəridə zəncirvari qəza - FOTOLAR

22 Noyabr 2014 08:01 (UTC+04:00)


APA-nın məlumatına görə, qəza Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.

Qəza zamanı 26 yaşlı Əli Məcidov idarə etdiyi "BMW" markalı maşınla Rəşid İsmayılov küçəsi istiqamətində hərəkətdə olub. Dairədən yola doğru çıxan sürücü qəfil idarəetməni itirib.

Nəticədə "BMW" yol kənarında dayanan "VAZ 2107" markalı maşına çırpılıb. Zərbənin təsirindən maşın iki "Mercedes"i vurub. "BMW" "Ford" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib. Hadisə yerinə gələn yol polislərinin apardığı ilkin araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.