Bakıda ağır qəza - Ölən var

22 Noyabr 2014 09:24 (UTC+04:00)


AzNews.az-ın Föqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə FHN-nin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə gediblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi "Mitsubishi" markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


AzNews.az