Yaşar Nurinin ölümündən 2 il ötür

22 Noyabr 2014 10:36 (UTC+04:00)


"Bu gün Yaşarı ziyarət edəcəyik. Ailə üzvləri olaraq, onun məzarını hər həftə ziyarət edirik. Onun görüşünə tez-tez gəlirik. Bu gün Fəxri Xiyabana ailəsindən başqa kimlərin gələcəyini bilmirəm. Hər halda, kimin yadındadırsa, onlar Yaşarı ziyarət edəcəklər. Yaşarsız keçən iki il mənim üçün, qızları üçün çox ağır oldu", - sənətkarın xanımı Rəhimə Nuriyeva "Report"a deyib.

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə baxılır.

Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.


AzNews.az