Müdafiə Nazirliyindən erməni təxribatına - CAVAB

22 Noyabr 2014 11:37 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirəbiləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.

Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir.

Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.
Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.

Qeyd edək ki, Ermənistan KİV-i noyabrın 12-i Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan vertolyotda həlak olan erməni pilotlarının cəsədlərini xüsusi əməliyyat nəticəsində götürdükləri ilə bağlı xəbər yayıb.


AzNews.az