Hər kəsə bir şans verilir - 5 maraqlı hekayə

23 Noyabr 2014 12:30 (UTC+04:00)
Bizdə belə bir inanc var


Gələcək həyat yoldaşımla hələ ümumi evimiz,maşınımız, istirahət planlarımız olmadığı zaman o, mənə gül dəstəsi gətirmişdi. Sadə bir gül dəstəsi. Yanacaqdoldurma məntəqəsində qaçaraq alınan, o qədər də təravətli olmayan gül dəstəsi.

Əzilmiş qızılgülləri düzəldərkən ona bizdə gül dəstəsilə bağlı inanc olduğunu dedim: "Hədiyyə edilən güllər nə qədər uzun müddət təravətini saxlayırsa, münasibətlər o qədər möhkəm olur".

Yazıq oğlan hər gün gəlib,həmin gül dəstəsini axtarırdı. Təravətli qalıb- qalmadığını yoxlayırdı. Gül dəstəsi isə qəhrəmancasına üç həftə solmadı...

Bundan sonra o, daima mənə güllər gətirirdi. Bu gül dəstələrinin hər biri uzun müddət qalırdı, ətrini və təravətini itirmirdi.

Sonra biz evləndik, bir qız övladımız oldu. Özümüzə ev aldıq və o mənə qorxulu sirri açdı. Məlum oldu ki, məhz bu uzun müddət davamlı qalan güllərdən sonra o başa düşüb ki, bu qismətin bir işarəsidir. Nə yaş, nə uşaqlar, nə müxtəlif maraqlar, nə də mənim sərt xasiyyətim bizim bir yerdə yaşamağımıza maneə olmayacaq.

Mən isə öz növbəmdə hər gün solan gülləri yeniləri ilə əvəzlədiyimi etiraf etdim. Hərer gün yanacaq doldurma məntəqəsinə gedib, yeni güllər alırdım.

Bizdə belə bir inanc da var- nəyə inanırsansa, o da olur.

Sadə sehr


Ofisdə kompüter xarab olmuşdu. Mütəxəssis çağırdıq. Gəldi və hər şeyi təmir etdi.

Təmirin necə edildiyini əməkdaş danışır:
"Proqramçı gəldi, kənardan kompüterə baxdı,əllərini yuxarı qaldırdı, nəsə pıçıldadı, stulumu 10 dəfə saat əqrəbinin əksinə çevirdi,kompüterə ayaqla vurdu, yenə nəsə pıçıdadı və getdi. Kompüter işlədi. Əsil sehirbazdı".

Proqramçı təmir barədə danışır:
"Məni çağırırlar ki, kompüterə nə olduğunu aydınlaşdırım. Əməkdaş isə görünür ki, bir yerdə dayana bilməyən adamdı. Stulda bütün günü fırlanır. Ona görə də, tellər stula dolaşıb. Mən onu astaca söydüm və telləri açdım. Sonra isə kompüteri bir az arxaya itələdim. Düşən ştekeri yerinə taxdım və getdim".

Bərabərçilik necə işləyir


İqtisadiyyatçı professor bir dəfə bütün qrupu necə "kəsdiyini" danışıb.
Qrup bir gün təkid etdi ki, sosializm "işləyir" və bu vəziyyətdə heç kim kasıb və varlı olmayacaq. Böyük bərabərçilik!

Professor razılaşıb və qrupa sosializmə dair təcrübə keçirtməyi təklif edib. Aparılan təcrübəyə görə, bütün qiymətlər bölünəcək və hər kəs eyni qiymət alacaq. Bu halda heç kim imtahandan "kəsilməyəcək" və heç kim "əla" qiyməti almayacaq.

İlk imtahandan sonra qiymətlər bölündü və hər kəs "yaxşı" aldı. Səylə imtahana hazırlaşan tələbələr məyus oldular, az oxuyanlar isə sevindilər. İkinci imtahanda az oxuyan tələbələr heç oxumadılar. Yaxşı oxuyanlar isə fikirləşdilər ki, onlar da əziyyətsiz qiymət almaq istəyirlər və az oxudular. İkinci imtahanın nəticəsi "qənaətbəxş" oldu və heç kim sevinmədi.

Üçüncü imtahan da keçdi, hər kəs "qeyri-kafi" aldı.

Nəticə heç yaxşılaşmadı. Axı mübahisələr, tənqidlər düşmən münasibət yaradırdı və heç kim digərinin yerinə oxumaq istəmirdi.

Bir dəfə bir it həyətimə daxil oldu


Bir dəfə mənim həyətimə qoca, yorğun it gəldi. Boynundakı xaltaya və kökəlmiş qarnına baxanda bilmək olurdu ki, onun evi var və onun qayğısına yaxşı qalırlar. İt mənə yaxınlaşdı və mən onu bir az sığalladım. O mənim arxamca gəldi və evə daxil oldu. Astaca dəhlizdən keçdi, qonaq otağının bir küncündə burulub yatdı. Bir saatdan sonra o oyandı və qapıya yaxınlaşdı. Mən onu bayıra buraxdım.

Ertəsi gün o yenə mənim həyətimdə idi. Mənimlə "salamlaşdı", evə girdi, öz əvvəlki yerini tutdu. Yenə təxminən bir saat yatdı və getdi. Bu hadisə bir neçə həftə təkrarlandı. Mənə maraqlı gəldi və mən onun xaltasına məktub keçirtdim: "Bu gözəl,sevimli itin sahibinin kim olduğunu öyrənmək istərdim. Bilirsinizmi,o hər gün mənim evimə gəlib, yatır".

Sabahsı gün it xaltasına bərkidilən başqa məktubla gəldi: "O altı uşaqlı bir ailədə yaşayır. Uşaqlardan ikisinin heç üç yaşı da yoxdu. O sadəcə yuxusunu almaq istəyir. Olar, sabah mən də onunla birlikdə gəlim?"

Hər kəsin şansı var


Elanda deyilirdi: "Dəniz kənarında villa satılır, 3 mərtəbə. Hovuz və bağçalı. Qiyməti -1 dollar".
Sayıqlamadı!-,deyə "bomj" deyinir və qəzeti atır. Yemək üçün həyətləri gəzərkən divarda elan görür: "Dəniz kənarında villa satılır, 3 mərtəbə. Hovuz və bağçalı. Qiyməti -1 dollar".

"Nəşr səhvidir,nədir?"-,deyə "bomj" düşünür və yoluna davam edir. Prospektə çıxarkən o, böyük banneri görür: "Dəniz kənarında villa satılır, 3 mərtəbə. Hovuz və bağçalı. Qiyməti -1 dollar".
"Bomj" xeyli düşünür. Kimin belə bir axmaqlığı yaza biləcəyini fikirləşir və yoxlamaq qərarına gəlir. Onun cibindəki son dollarından başqa itiriləcək heç nəyi olmur. Ünvana gələndə həmin villanı görür. Qorxa-qorxaqapı zilinə basır. Qapını gözəl bir qadın açır.
- Bağışlayın, mən elana görə gəlmişəm. Bu yalançı oyun deyil?
- Yox nə danışırsınız. Hər şey düzdür.
- Mən 1 dollar qiymətə görə deyirəm. Bu belədir?
- Bəli, 1 dollar. Əgər siz maraqlanırsınızsa, evə baxa bilərsiniz.
Gördüklərindən heyrətlənən "Bomj" 1 dollarını verir və heyranlıqla villanı gəzir. Lakin, yenə də villanın niyə bu qədər ucuz qiymətə satılmasının səbəbi ilə maraqlanır. Suala qadın gülümsəyərək cavab verir: "Mənim ərim ölüm qabağı vəsiyyət verib. Bildirib ki, evi satıb pulunu sevgilisinə verim. Axı onun son vəsiyyətini yerinə yetirməyə bilmərəm. Elan artıq yarım ildir ki, asılıb. Lakin, siz bununla maraqlanan yeganə insansınız. Uğurlar sizə".

Nəticə: Hər kəsə şans verilir! Sadəcə mümkünsüzün mümkün ola biləcəyinə inanmaq lazımdır!