“Neftçi”də yeni baş məşqçi

22 Noyabr 2014 20:57 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu post bundan əvvəl "ağ-qaralar"ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb.

Samir Əliyev hazırda AFFA-nın təşkil etdiyi "A" kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri "Xəzər Lənkəran"la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.

Bundan başqa, "Neftçi" PFK-nın U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.

AzNews.az