Məktəblərə silah və hərbi texnika gətirilə bilər- Nazirlik

22 Noyabr 2014 21:17 (UTC+04:00)



AzNews.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisinə həftədə 2 saat vaxt ayrılıb:

""Gənclərin çağırışaqədərki hazırlığı" fənni ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunur. Fənnin tədrisinə həftədə 2 saat ayrılıb, təsdiq edilmiş proqramı və dərsliyi var".

Nazirlik eyni zamanda gələcəkdə hərbi dərslər zamanı hər hansı bir hərbi texnikadan və silahdan istifadə edilməsi məsələsinə də aydınlıq gətirilib:

"Bu fənnin tədrisi şagirdlərin vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlanmasında mühüm rol oynayır. Ona görə də fənnin səmərəli tədrisinin təmin olunması Təhsil Nazirliyinin diqqət mərkəzindədir"