Bakıda daha bir avtobus qəzası – FOTOLAR

22 Noyabr 2014 22:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, saat 15:00 radələrində 10 TG 289 dövlət nömrəli 85 saylı avtobus Nəsimi rayonu, R.Axundov küçəsində "Mercedes" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "Mercedes" yararsız hala düşüb.

Məlumata görə, qəza zamanı daha iki avtomobil VAZ 21-06 və "Daevoo" markalı avtomobillər də əzilib.

Kamal
AzNews.az