Atatürkün yeni videosu yayıldı

24 Noyabr 2014 13:36 (UTC+04:00)


AzNews.az xəbər verir ki, videoda Atatürk müəllim rolunda çəkilib və o, azyaşlı bir uşağa hərflərin yazılmasını öyrədir.

Qeyd edək ki, Atatürk 1881-ci il noyabr ayının 10-da Saloniki şəhərində anadan olub. O, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəri hesab edilir. Atattürk müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabit kimi uzun müddət qulluq edib.

1921-ci ildə Sakarya Meydan Müharibəsindən sonra "Qazi" adını alıb və ona ali marşal rütbəsi verilib. Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.

10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb.




AzNews.az