Rusiya ildə 40 milyard dollar itirir - Sanksiyalara görə

24 Noyabr 2014 13:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
Onun sözlərinə görə, neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.

Prezident Vladimir Putin ölkəsinin enerji daşıyıcılarına qiymətlərin "fəlakətli" şəkildə aşağı düşməsinə hazır olduğunu deyib.

Bundan əvvəl iqtisadi inkişaf naziri Aleksey Ulukayev BBC-yə müsahibəsində bildirib ki, Rusiya neft ixracının məhdudlaşdırılmasını nəzərdə tutan mümkün sanksiyalar ssenarisini nəzərdən keçirir: "Neftin ucuzlaşması investisiya və istehlakçı tələbatını azalda bilər".