DİN “Vulkan”dakı hadisə ilə bağlı məlumat yaydı

24 Noyabr 2014 15:12 (UTC+04:00)


AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumatda bildirilir ki, noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Qeyd edək ki, DİN-in "Vulkan" motelində baş verən hadisə ilə bağlı noyabrın 21-də yaydığı məlumatda noyabrın 20-də Sumqayıt şəhər sakini Afaq Şükürovanın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "Vulkan" motelinin hamam otağında özünü asaraq intihar etdiyi bildirilirdi.

Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


AzNews.az