Diaspor rəhbərinin oğlu beynəlxalq axtarışa verildi - FOTO

24 Noyabr 2014 15:41 (UTC+04:00)


APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

Qeyd edək ki, E. Nəzərov Çexiyada fəaliyyət göstərən "Azər-Çex" Cəmiyyətinin sədri, sabiq baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.