Piyadalara qarşı reyd keçirildi- Gəncədə

24 Noyabr 2014 18:22 (UTC+04:00)
Yol polisi əməkdaşları bu dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalara qarşı reyd keçiriblər.

AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin bir neçə küçə və prospektində baş tutan reyd zamanı 20-yə yaxın piyada inzibati qaydada cərimələnib.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin müfəttişi Knyaz Orucov bildirib ki, 2014-cü ilin arxada qalan dövrü ərzində 9341 piyada yol hərəkəti qaydalarını pozduğu üçün məsuliyyətə cəlb olunub.

Bu kimi reydlər şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq həyata keçiriləcək.