İŞİD-ə görə nazir işdən çıxarılır- ABŞ-da

24 Noyabr 2014 19:10 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, belə bir iddia ilə "New York Times" qəzeti çıxış edib. Qəzetin yazdığına görə, uyğun olan bəyanatla ABŞ prezidenti Barak Obamanın bu gün Ağ Evdə çıxış edəcəyi gözlənilir: "ABŞ prezidenti komandasında tək respublikaçı müdafiə nazirinin istefaya göndərmək qərarını son iki həftə ərzində keçirdiyi görüşlərdən sonra qəbul edib ". Nəşrin məlumatına görə, 68 yaşlı Çak Heygelin istefasının səbəbi kimi Suriya və İraqda İŞİD terrorçu qruplaşmasının öhdəsindən gəlməməsidir. ABŞ Konqressinin senatı 2013-cü il fevralın 26-da Çak Heygelı yeni müdafiə naziri kimi təsdiq edib. O ölkənin tarixində birinci şəxsdir ki, serjant rütbəsində Pentaqonun başçısı olub.