Bağdadda minalanmış avtomobil partladıldı- 10 nəfər öldü

24 Noyabr 2014 20:34 (UTC+04:00)


APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, insident Bağdadın şimalında yerləşən bazarda, avtobus dayanacaqlarının yanında qeydə alınıb.

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, onun arxasında "İŞİD"-in olduğu ehtimal edilir.

Bundan əvvəl Bağdadın beynəlxalq hava limanı yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində 5 nəfər xəsarət almışdı.