Baş redaktorlar Doğuşu başa keçirdilər - FOTOLAR

26 Noyabr 2014 12:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, onlar bir yerdə şam edib, fotolar çəkdirib. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun özünün facebook səhifəsində yaydığı fotolarda Doğuşun stolun başında əyləşməyi diqqət çəkib.

Qeyd edək ki, şam yeməyinə baş redaktorlardan Aynur Camalqızı ("Teleqraf"), Bahəddin Həziyev ("Bizim Yol"), Hikmət Babaoğlu ("Yeni Azərbaycan"), Bəhruz Quliyev ("Səs") Rauf Arifoğlu ("Yeni Müsavat") və başqaları iştirak edib. Məclisdə həmçinin Xalq artisti Alim Qasımov da iştirak edib.