Milli Şura Müsavata “yox” dedi

27 Noyabr 2014 09:51 (UTC+04:00)


Bu barədə AzNews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib.

Onun sözlərinə görə, Milli Şura lazım gələrsə, öz mitinqini təyin edəcək.
"Milli Şura Müsavatın qaldırmaq istədiyi məsələ ilə bağlı iki dəfə mitinq keçirib", - deyə Hüquq Komissiyasının sədri əlavə edib.

Vidadi Mirkamal vurğulayıb ki, Milli Şuranın növbəti sessiyası dekabrın birinci yarısında keçiriləcək: "Bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzində verilib".

Bahar RÜSTƏMLİ
AzNews.az