Dünyanın ən maraqlı 7 estetik əməliyyatı - FOTO

25 Sentyabr 2012 08:56 (UTC+04:00)
Dünayada xəyallarına bənzəmək istəyən minlərlə insan var. Amma Kumirlərinə oxşamaq üçün yüzlərlə şəxs estetik əməliyyatlar etdirməli olur. Onlar bəzən istəklərinə yanl olur, bəzən də yox.

Dünyanın ən maraqlı estetik əməliyyatlarını sizə təqdim edirik.

1. Misir kraliçası Nefertitiyə oxşamaq istəyən 3 uşaq anası Nileen Namit 51 dəfə estetik əməliyyat olub. Bütün əməliyyatalara isə 200 min fund xərcləyib. 49 yaşlı qadın 20 ildir Nefertitiyə oxşamağa çalışır.

2. 57 yaşlı Annette Edvards cizgi film qəhrəmanı dovşan qız Cesikaya oxşamaq üçün 16 min dollar pul xərcləyib. Dovşanları çox sevdiyini deyən Annette bunun üçün botoks, sinə böyütmə, qaş qaldırma və sairə əməliyytalar olub.

3. Canet və Cane Cunliffe qadınlar bacı kimi görünsə də ana-qızdırlar. Ana Canet qızına oxşamaq üçün 13 min dollar pul xərcləyib. Qızından 22 yaş böyük olan ana ona bənzəmək üçün bədəb ölçülərini saç rəngini belə dəyişib.

4. 3 uşaq anası Miki Cay əməliyyatlara 16 min dollar xərcləyib özünü Mayk Ceksona bənzədib. Ona bənzədikdən sonra hərəkətləri ilə də onu təkrarlayıb şou göstərir. Buna görə Miki ildə 240 min dollar qazanır.

5. Co və Kerry Burton adlı əkizlər bir-birilərinə tam bənzəmək üçün eyni əməliyyatları keçirdiblər. Co burun əməliyyatı keçirdikdən sonra Kerry də eyni əməliyyatı keçirdib. Estetik əməliyyat həyatlarının bir parçası olan əkizlər sinə böyütmə,botoks, qaş qaldırma kimi əməliyyatlar keçirdiblər. bu əməliyyatlara isə 60 min dollar xərcləyiblər.

6. başında şiş olan 29 yaşlı Lisa Connelin son arzusu Demi Moora oxşamaqdır. Məşhur aktrisaya oxşamaq üçün 40 min fund pul xərcləyib. 2007-ci ildən xərçəng olduğunu öyrənən qız sinə böyütmə, yağ aldırma və sairə kimi əməliyyatlara girib.

7. Hər kəs mələk olmaq istəyərkən 39 yaşlı Gavin Paslov şeytana oxşamaq üçün 3500 fund pul xərcləyib. Şeytana oxşamaq üçün birinci dərisinin altına buynuz yerləşdirən Gavin dilinin ucunu da kəsdirib. Gözlərinə linza taxan Gavin adını da dəyişərək "Diablo Delenfer" edib.

Səadət Abbaslı
AzNews.az