Oksana avtomobil qəzasına düşdü

27 Noyabr 2014 13:50 (UTC+04:00)


Bu haqda özü musavat.com-a məlumat verib. Əvvəl rəqqasə "çatıram" mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: "Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm".

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin:

"Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsa çox narahat olacaqlar".
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan "Maharakshak Aryan" serialında rol alıb. Serial "India`s Best Cine Stars Ki Khoj" layihəsi gedərkən lentə alınıb. Rəqqasə bunun çoxdanki arzusu oluduğunu da bildirib: "Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm".