“Putin Poroşenkonu hədələməyib” – Rəsmi Moskva

27 Noyabr 2014 14:10 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hər iki lider arasında baş tutan söhbət zamanı Putinin Poroşenkoya hədə gəlməsi haqda yayılan informasiya kökündən yanlışdır.

"Ukrayna tərəfinin təşəbbüsü ilə dünən axşam onlar arasında telefon danışığı baş tutub. İki ölkənin qarşılıqlı münasibətləri və Ukraynanın cənub-şərqindəki vəziyyət müzakirə edilib. Söhbət zamanı heç bir təhqirə yol verilməyib", - deyə Peskov əlavə edib.


AzNews.az