“Space”ə xəbərdarlıq edildi

27 Noyabr 2014 16:48 (UTC+04:00)


İclasda "Space Müstəqil Teleradio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. "Space Müstəqil Teleradio Şirkəti" tərəfindən 22 noyabr 2014-cü il tarixdə saat 20:30-da efirə gedən "Hər həftə" xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 17-26 noyabr 2014-cü il tarixlərdə "Televiziya və radio yayımı haqqında" Qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq "Space Müstəqil Teleradio Şirkəti"nə xəbərdarlıq elan edilib.


AzNews.az