Britaniyalı əkizlər eyni gündə ata oldular

27 Noyabr 2014 20:14 (UTC+04:00)
Trend-in Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə "Daily Mirror" qəzeti yazır.

Belə ehtimal 150 000:1 nisbətindədir. Həmçinin hər iki qardaşın oğlu olduğu bildirilir.

21 yaşlı əkizlər əvvəlcə doğuş tarixlərinin eyni günə düşməsindən son dərəcə təəccüblənsələr də, uşaqlarının ad gününü eyni gündə qeyd edəcəklərinə inanmayıblar. Lakin uşaqlar bir neçə saatlıq fərqlə Vulverhempton xəstəxanasında dünyaya gəliblər. İlk olaraq Ceromun oğlu anadan olub. Onun adını Kemeron qoyublar. Carelin oğluna isə Kassen adı qoyulub.

Əkizlərin sözlərinə görə, onlar eyni gündə oğul atası olublar ki, bu da "son dərəcə heyrətamizdir".

Doğuşları qəbul edən mamaça Barbara Kapur deyib: "Mən heç vaxt belə şey görməmişdim və eşitməmişdim. Bu, çox qəribədir".