Meyson Azərbaycanda qalası olmadı

25 Sentyabr 2012 09:28 (UTC+04:00)
Amerkanın istehsalı olan "Santa-Barbara" teleserialından tanıdığımız Leyn Hant Deyvis necə gündür ki, Azərbaycanda səfərdədir. Bu ərəfədə onun Bakıda, xüsusən də ANS Şirkətlər Qrupunda rəhbər vəzifələrdən birini tutacağı barədə söz-söhbətlər dolaşırdı.

ANS-in ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov AzNews.az-a açıqlamasında bunu şayiə olduğunu bildirdi: "Bu şayiədir. Leyn Hant Deyvis heç bir vəzifəyə təyin olunmayıb".

Xalq artisti Elmira Şabanovanın sözlərinə görə, amerikalı aktyor sentyabrın sonu vətəninə yola düşəcək: "Deyvis bizim tədbirlərin bir neçəsində iştirak etdi. Gənclər üçün master-klass dərsləri keçdi. Hazırda isə vətəninə yola düşməyə hazırlaşır. Sentyabrın 30-da o, artıq Amerikada olacaq".

Elza
AzNews.az