Parisdə qoyunlu aksiya- FOTOLAR

27 Noyabr 2014 21:45 (UTC+04:00)
Musavat.com "Frans Press"ə istinadən xəbər verir ki, hökumətin canavarlarla bağlı siyasətinə etiraz edən fermerlər aksiyaya qoyunlarla gəliblər.

Fermerlər canavarların ev heyvanlarına hücumlarının qarşısının alınması üçün effektli tədbirlərin görülməsini tələb edirlər.

Eyni anda Eyfel qülləsinin yanında canavarların müdafiəsi ilə məşğul olan fəallar da toplaşıblar.

Rəsmi məlumatlara görə, Fransada 300 canavar dövlət tərəfindən qorunur. İndiyədək canavarların ev heyvanlarına, xüsusilə qoyunlara hücumları ilə bağlı 4800 fakt qeydə alınıb.