“Müsavatda cəmi 10-15 nəfər narazı var” - Başqan müavini

28 Noyabr 2014 10:35 (UTC+04:00)

Narazılar bildirib ki, bununla bağlı məsələ işçi qrupunun həftə sonu keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və ondan sonra qəti qərar veriləcək.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Müsavat partiyasının başqan müavini Səxavət Soltanlının sözlərinə görə, müsavatda heç bir narazı tərəf yoxdur: "Müsavatda narazı 10-15 nəfər var, onlar da yəqin mitinqə qatılacaq".

Onun fikrincə, kimə səs vermələrindən asılı olmayaraq, hər bir müsavatçı partiyanın siyasətini dəstəkləyir və tədbirlərdə iştirak edir.

Bahar RÜSTƏMLİ
AzNews.az