14 avtoş həbs edildi

28 Noyabr 2014 14:19 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu sözləri "Xəbər Sizsiniz" verilişində Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov deyib.

O bildirib ki, bu ilin 11 ayı ərzində 287 avtoxuliqanlıq hadisəsi faktı aşkarlanıb.

Avtoxuliqanlar arasında 21-35 yaş arası gənclər üstünlük təşkil edir. Həmçinin 1,2,3-cü kurs tələbələri daha çoxdur.

30 avtoxuliqan dəfələrlə eyni qayda pozuntusunu təkrarladığına görə, məsuliyyətə cəlb olunub. Onlardan 14-ü barəsində ən ağır cərimə və həbs qəti imkan tədbiri seçilib.



AzNews.az