Ukraynanın Aİ və NATO-ya üzv olacağı tarix açıqlandı

28 Noyabr 2014 14:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı Ukrayna daxili işlər nazirinin müavini Daniil Lubkivski yayıb.

"Bu tarix də hələ dəqiq deyil, ancaq buna qədər gərək Ukrayna hakimiyyətinin bütün orqanları birgə fəaliyyət göstərməlidir. NATO-nun üstünlüyü ondan ibarətdir ki, onun mövcudluğu tarixində hələ bir dəfə də kənar dövlətlərin hücumuna məruz qalmayıb", - deyə nazir müavini bildirib.

Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya müraciət edərək bildirib ki, yaxın 5 il ərzində elə işləməliyik ki, Avropa Birliyinin üzvü olmaq üçün sənəd təqdim edə bilək.


AzNews.az