Girovların yaxınları BMT nümayəndəliyində qəbul olunmadı

28 Noyabr 2014 14:47 (UTC+04:00)


Bu barədə APA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) mətbuat mərkəzindən məlumat verilib.

Görüş BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlamlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaq məqsədi daşıyıb: "Təəssüf ki, nümayəndəlikdən heç kəs onlarla görüşmək istəməyib, başqa ünvanlara müraciət etmələrini məsləhət görüblər. Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin insanlığa sığmadığını, qeyri-insani bir hərəkət olduğunu bildirib, həmçinin bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb".