Millət vəkilləri ölkə təhsilindən danışdılar

28 Noyabr 2014 16:10 (UTC+04:00)
İclasda hökumətin 2015-ci il dövlət büdcəsi səsə qoyularaq qəbul edilib. Maliyyə naziri Samir Şərifovun çıxışında dövlət büdcəsində ölkə təhsilinin inkişafı ilə bağlı olaraq büdcədə nəzərdə tutulan vəsaitlərin artırılması millət vəkilləri tərəfindən yüksək qiymətləndirilib.

Millət vəkili Siyavuş Novruzov məsələ ilə bağlı AzNews.az-a açıqlama verərək bildirib ki, hökumətin təhsilə ayırdığı vəsaitlər Azərbaycan təhsilinin inkişafına öz töhvəsini verə biləcək və bu amil Azərbaycanda təhsilin daha yüksək səviyəyə çıxmasına gətirib çıxaracaq.

Digər deputat, Adil Əliyev də hökumətin ayırdığı büdcənin Azərbaycan təhsilinə xidmət edəcəyini bildirərək son zamanlar təhsil nazirliyində davam edən islahatları uğurlu addım adlandırıb və bütün bu halların gələcəkdə ölkəmizin təhsilinin daha da inkişaf etdirilməsinə stimul olacağını deyib.