Gəncədə intihara cəhd

28 Noyabr 2014 18:27 (UTC+04:00)



Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Xəqani Qasımov sirkə cövhərindən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.



Reanimasiya şöbəsinə yerləşdirilən X. Qasımovu xilas etmək mümkün olub.



Araşdırma zamanı X. Qasımov bildirib ki, maddi cəhətdən çətinlik çəkdiyinə görə özünü öldürmək istəyib.