Nigeriyada məscid partladıldı- 64 ölü, 126 yaralı

28 Noyabr 2014 20:07 (UTC+04:00)


APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, nəticədə 64 nəfər ölüb, 126 nəfər xəsarət alıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib

Xatırladaq ki, noyabrın 27-də Nigeriyanın şimal-şərqində avtobus dayanacağında baş vermiş partlayış zamanı 40 nəfər, bir gün əvvəl isə bazarda törədilən terror aktı nəticəsində daha 45 nəfər həyatını itirmişdi.