“Hollywood”da “Davay, do svidaniya” filmi – VİDEO – FOTO

25 Sentyabr 2012 16:26 (UTC+04:00)
"Hollywood"da "Davay, do svidaniya" adlı yeni bədii film çəkilib. AzNews.az-ın məlumatına görə, filmin premyerası bir neçə ay əvvəl olub. Filmin əsl adı "Lola Versus"dur. Amma Rusiyada sentyabrın 20-də nümayiş olunan filmin adı "Davay, do svidaniya!" kimi tərcümə olunub.

Komediya janrında çəkilən filmin əsas qəhrəmanı Lola adlı qızdır. Filmin rejissoru Devil Veyn, ssenari müəllifləri Devil Veyn və Lister Cons, prodüserləri Coslin Xeyes, Maykl London, Cenis Uilyamsdır.

Rollarda tanınmış aktyorlar Qreta Qervinq, Uel Kinnaman, Cons Xamiş, Linkleyter Bill, Pullman Debra, Uinger Mariya, Diççiya Conatan, Seyl Ebon, Mocc Bakrak, Adrian Lenoks oynayıblar.

Qeyd edək ki, bu, Azərbaycan meyxanaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşlarının söylədiyi eyniadlı meyxananın Rusiyada çox məşhur olmasıyla bağlıdır.



Fuad Mədətov
AzNews.az