Əhməd Davudoğlu: “Suriyada baş verənlər tragediyadır”

25 Sentyabr 2012 23:11 (UTC+04:00)


BMT-nin sessiyasında iştirak etmək üçün New Yorkda olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlər üçün mətbuat konfransı təşkil edib.

Konfransda əsas diqqəti Suriyada baş verən olaylara və Əsəd hakimiyyətinin dinc sakinlərə qarşı atdığı qəddar addımlara yönəldən nazir ciddi bəyanatlar səsləndirib: "BMT-nin Əsədə verdiyi zaman artıq bitib. O, bu imtahandan çıxa bilmədi. Suriya xalqının azad və dinc yaşaması üçün dünya dövlətləri artıq öz sözünü deməlidir".

Əhməd Davudoğlu çıxışının sonunda Suriyada baş verənləri insanlığa qarşı yönəlmiş tragediya adlandırıb: "Bu tragediyaya təcili son qoyulmalıdır".

Ədil
AzNews.az