Misir qəzetindən karikaturalara orijinal cavab

26 Sentyabr 2012 08:22 (UTC+04:00)
Misir qəzeti Məhəmməd peyğəmbərin karikaturasına cavab olaraq yeni kompaniyaya başlayıb. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Misirin "Əl-Vətən" qəzeti "Qərbin müsəlmanlara baxışı" mövzusunda 13 karikatur dərc edib. Karikaturlarda Qərb dövlətlərinin müsəlmanlara baxışı gülüş mövzusuna çevrilib. Təsvirlərdən birində, gözlük təsvir olunub.

Həmin gözlükdə əks olunan yeganə görüntü isə qoşa qüllələrin partladılması səhnəsidir. Bununla karikaturçu rəssam bildirmək istəyib ki, Qərb gözlükdən yalnız görmək istədiyini görür və göstərir. Bundan əlavə qəzetin islam dininə və müsəlmanlara qarşı dözümsüzlüklə bağlı məqalələr də dərc edir.

Qeyd edək ki, qəzetin oxucuları ideyanı və yanaşmanı bəyəniblər. Onlar mübarizənin bu şəkildə aparılmalı olduğunu bir daha vurğulayıblar.

Sadiq Musa
AzNews.az