Həyat yoldaşı Tağı Əhmədovun yeni vəzifəsindən danışdı

5 Dekabr 2014 09:10 (UTC+04:00)

Bu barədə AzNews.az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:

"Bəli məlumat düzdür. O, artıq işə başlayıb"-deyə Salatın Əhmədova bildirib.

Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı. Onun yeni teyinatını axar.az saytı yaymışdı.


Gültəkin ƏLƏSGƏR
AzNews.az