Obama Əsəd rejiminə təcili son qoymağa çağırdı

26 Sentyabr 2012 09:09 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Suriya məsələsi ilə bağlı yeni fikirlər səsləndirib. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Obama Əsəd rejiminə son qoyulmalı olduğunu deyib.

Eyni zamanda, demokratiya ixracı məsələsinə də toxunan Obama bu fikri təkzib edib və bildirib ki, onların məqsədi Suriya xalqının əzablarına son qoymaqdır. "Suriyanın gələcəyi öz xalqını öldürən diktatora həvalə edilə bilməz".

O, Suriya xalqının da idarəetmə də yer almalı olduğunu deyib. Bundan əlavə, ABŞ prezidenti çıxışında İranı da yaddan çıxarmayıb və bildirib ki, Vaşinqton heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. "Nüvə silahına malik İran dözülməzdir". ABŞ prezidenti fikrinin son notlarını nisbətən optimist vurub.

O, İraqda müharibənin bitdiyini, Əfqanıstanda yekun fazaya daxil olduğunu deyib və vurğulayıb ki, ABŞ müttəfiqləri ilə bərabər bütün tapşırıqların öhdəsindən gələcək.

Sadiq Musa
AzNews.az