Prezidentin bahalı saat kolleksiyası “Facebook”da

26 Sentyabr 2012 10:12 (UTC+04:00)


Məşhur ukraynalı fotoqraf Vlad Sodel öz Facebook səhifəsində prezident Viktor Yanukoviçin saatlarından ibarət kolleksiyanı təqdim edib. Foto müəllifinin bildirdiyinə görə, söhbət 2006-2012-ci illərdə fatokameranın obyektivinə düşən saatlardan gedir.

Prezidentin qolundakı ən bahalı saat İsvecrə istehsalı olan "Patek Philippe Mens Grand Complications 5970 G 5970G-001" saatıdır. Bu saatın qiyməti 107-165 min dollar civarındadır.

İkinci yerdə qiyməti 27-32 min dollar olan "Vacheron Constantin Patrimony Contemporaine 81180/000P-9332" saatı durur. Yanukoviçin kolleksiyasında IWC, Zenith, Blancpain i Porsche Design markasından olan saatlar da yer alır.

Foto müəllifinin sözlərinə görə, prezidentin saat kolleksiyasının qiyməti 260 min dollardır. Lakin bu ancaq fotokameranın obyektivinə düşən saatların qiymətidir.

E.Əlosmanqızı
AzNews.az