Siyavuş Novruzov Gülər Əhmədova ilə bağlı danışdı

26 Sentyabr 2012 10:31 (UTC+04:00)


Dünən axşam azadlıq.az saytında yerləşdirilən videomaterial ölkənin bütün ictimai-siyasi çevrəsində müzakirəyə çevrilib. Videoda millət vəkili Gülər Əhmədova ilə keçmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev ilə yüksək məbləğli rüşvətdən söhbət gedir. Belə ki, G.Əhmədova Elşad Abdullayevdən deputat olması üçün 1 milyon dollar tələb edir.

Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov AzNews.az-a bunları deyib: "Mən bu məsələ barədə heç nə deyə bilmərəm. Bu, iki nəfər arasında olan söhbətdir. Məhkəmədə həll edilən bir şeydir. Versinlər məhkəməyə, reallıq çıxsın ortalığa".

İlkin
AzNews.az