İnsaflı oğrular

26 Sentyabr 2012 10:34 (UTC+04:00)
Dünyanın ən maraqlı və insaflı oğrularını sizə təqdim edirik.

1. İsveç universiteti professorunun notebookunu oğurlamış oğru, onun içindəkiləri "flash card"a köçürərək, professora yollayıb. Professor bu oğurluğu aşkarlayandan sonra dəhşətə gəlmişdi, çünki həmin notebookda onun 10 illik əməyi var idi.

2. Aşağı Saksoniyadakı evlərdən birinə silahlı oğru girir. Evin dayəsinə silahla təhdid etdiyi vaxtı, evdəki uşaqların yığdıqları pulları ona gətirirlər ki, dayələrini vurmasın. Oğru o qədər təsirlənir ki, evdən heç bir şey götürmədən çıxıb gedir.

3. 2011-ci il, Oktyabr ayında oğru maşından 2 mobil telefon və pulqabını götürür. Telefonların birini açıb baxanda, videoların içində uşaq pornoqrafiyası ilə bağlı lentlər görür və bu onu o qədər iyrəndiri ki, həmin telefonu da götürüb, polisə təslim olur. Onun bu köməkliyi ilə, uşaqlara zorakılıq tətbiq edən 46 yaşlı kişi tutulur. Telefon oğrusuna isə cəmi bir ay həbs cəzası və kiçik cərimə tətbiq edilir.

Səadət Abbaslı
AzNews.az