Günəş Abbasova “Mən möcüzəyə inanıram” deyəcək

8 Dekabr 2014 14:44 (UTC+04:00)


AzNews.az xəbər verir ki, dekabrın 26-da layihədə qalib gələn iştirakçı Avstriyanın paytaxtında keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində Belarusun rəsmi nümayəndəsi olacaq.

İstedadlı həmvətənimiz, müğənni Günəş Abbasova birbaşa efirdə televiziya konserti formatında keçiriləcək final yarışında özünün bəstələdiyi "I believe in a miracle" ("Mən möcüzəyə inanıram") mahnısı ilə dördüncü çıxış edəcək.



Şou dekabrın 26-da Bakı vaxtı ilə saat 24:00-da başlayacaq və "Belarus 1" telekanalının birbaşa efirində Belarus Teleradio Şirkətinin "600 m" studiyasından, habelə ЕВС-nin www.eurovision.tv saytında onlayn rejimdə yayımlanacaq.