Sədr müavini: “...əks halda müxalifət məğlub olacaq”

27 Sentyabr 2012 08:42 (UTC+04:00)


"İctimai Palatadakı QHT-lər partiyaların verdiyi qərarların məsuliyyətini daşıya bilməzlər". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev deyib. Onun sözlərinə görə, İP-in buraxılması ilə bağlı fikirləri Sərdar Cəlaloğlu bildirib: "O, bu sözləri nəyə görə dediyini əsaslandırıb.

Hesab edirik ki, müxalifətin birliyinin İctimai Palatada da ola bilər. İP-də üst qurum kimi aparıcı müxalifət partiyaların birliyi təşkil olunsa yaxşı olar. Orada bu kimi məsələlər müzakirə olunmalıdır. Partiyaların verdiyi qərarların məsuliyyətini də partiyalar daşımalıdır. Çünki, İP-də bu gün bir sıra QHT-lər mövcuddur, onlar partiyaların verdiyi qərarın məsuliyyətini daşıya bilməzlər, nə qanuni, nə siyasi baxımdan."

Partiya funksioneri əlavə edib ki, : "Bizim 2013-cü il prezident seçkiləri ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, müxalifət vahid komanda və vahid lider şəklində seçkilərə qatılmalıdır. Bu halda müxalifət uğur qazana bilər, əks halda isə məğlubiyyəti qaçılmazdır".

İlkin
AzNews.az