Gülər Əhmədova barədə daha bir millət vəkili danışdı

27 Sentyabr 2012 10:02 (UTC+04:00)


"Baş vermiş hadisə mütləq araşdırılmalıdır". Bunu AzNews.az-a millət vəkili Zahid Oruc deputat Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, millət vəkilləri prokurorluq səviyyəsində münasibət sərgiləyə bilməzlər: "Rüşvət qalmaqalında adı hallanan millət vəkilinin özünü müdafiə haqqı var. Qarşı tərəfin də başqa sübutları varsa, onu ictimaiyyətə təqdim edəcək. Bütün bunlar dövlət orqanları tərəfindən toplanılacaq. Mən də öz növbəmdə faktın araşdırılmasının tərəfdarıyam. Biz demokratik ölkədə yaşayırıq, ona görə ədalət öz yerini tapacaq".

İlkin
AzNews.az