PJB sədri: “Mətbuat muzeyi yaradılmalıdır”

27 Sentyabr 2012 11:25 (UTC+04:00)
Parlament Jurnalistləri Birliyi Azərbaycanda mətbuat muzeyinin açılmasını təklif edir. Bu barədə PJB-nin sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, mətbuatı Azərbaycandan sonra yaranan ölkələrin əksəriyyətində belə muzey var.

"Bizim mətbuatımızın böyük və şanlı tarixi var. Hesab edirik ki, Azərbaycanda mətbuat muzeyi olmalıdır. Ölkəmizə gələn media nümayəndələri, eyni zamanda azərbaycanlı tələbələr və digər sahələrin insanları muzeyə baş çəkməklə Azərbaycan mətbuatın tarixinə ekskursiya edə bilərlər", – deyə E. Eyvazlı bildirib.

Bu məsələ ilə bağlı Mətbuat Şurasına və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVİDF) müraciət edəcəyini deyən PJB-nin sədri bildirib ki, Azərbaycanda mütləq belə muzey yaradılmalıdır. "Bu çox önəmli məsələdir. Azərbaycanda mətbuat muzeyi mütləq yaradılmalıdır. Bu mətbuatımızın tarixinin gələcək nəsillərə ötürülməsi baxımından çox önəmlidir".

AzNews.az