Bülent Ersoy azərbaycanlılardan halallıq istədi

27 Sentyabr 2012 11:41 (UTC+04:00)
Bir neçə gün bundan əvvəl azərbaycanlı jurnalistin sualına kobud cavab verən Bülent Ersoy xəstəxanaya düşüb.

Xatırladaq ki, Bülent Ersoy konsertlərinin birində azərbaycanlı jurnalistin "Azərbaycana salam deyə bilərsiz" sualına "Nə deyəcəyimi səndən soruşacağam?" cavabını vermişdi.

Azərbaycan mətbuatında kəskin etiraza səbəb olan bu hadisə gündəmi bir müddət qarışdırdı. Türkiyədəki azərbaycanlı modelimiz Günay Musayeva da Bülent xanımdan üzr istəməyi tələb etdi.

Özünü yenə də saymazyana aparan sənətçini bu dəfə deyəsən azərbaycanlıların ahı tutdu. Bülent xəstəxanaya səhnədə ayağını kəsdiyi üçün düşüb. O, hamıdan halallıq istəyib.

Əminə
AzNews.az